Bakı. Trend:
Bu ilin 9 ayında qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% artaraq 51.4 milyard manat təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövr ərzində dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 8.7 milyard manat təşkil edib.
"Bu dövrdə Mərkəzi Bankın notları ilə aparılan bazar əməliyyatların həcmi ötən ilin eyni dövrünə nəzərən 39% azalaraq 1.212 milyard manat təşkil edib", - T. Kazımov vurğulayıb.
                            