...

Naxçıvana dövlət büdcəsindən ayrılacaq dotasiya 26 %-dək azaldılır

İqtisadiyyat Materials 4 Noyabr 2025 11:16 (UTC +04:00)
Naxçıvana dövlət büdcəsindən ayrılacaq dotasiya 26 %-dək azaldılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483 200 000 manat proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 43,8 %-ni və ya 211 600 000 manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək.

Bu da cari illə müqayisədə 74 100 000 manat və ya 25,9 % azdır.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəliriləri isə cari illə müqayisədə 52 100 000 manat və ya 23,7 % artımla – 271 600 000 manat məbləğində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti