Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 873 000 000 manat vəsait proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 121 200 000 manat və ya 2,6 %, 2024-cü ilin icrası ilə müqayisədə isə 721 800 000 manat və ya 17,4 % çoxdur.
Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 % (2025-ci illə müqayisədə 0,2 faiz-bəndi çox) təşkil edəcək.
2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz-bəndi, mütləq ifadədə isə 1 408 600 000 manat və ya 40,7 % artıb.
