...

2026-cı ildə Prezident təqaüdləri və ünvanlı sosial yardımlara nə qədər vəsait ayrılacaq? – RƏSMİ

Gündəm Materials 4 Noyabr 2025 11:04 (UTC +04:00)
2026-cı ildə Prezident təqaüdləri və ünvanlı sosial yardımlara nə qədər vəsait ayrılacaq? – RƏSMİ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Prezident təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 144 700 000, ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 000 000 manat ayrılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üçün nəzərdə tutulmuş sosial müdafiə və sosial təminat xərclərindən əhaliyə yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 144 700 000 manat (2025-ci ilə nisbətən 201 800 000 manat və ya 10,4 % çox), ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 000 000 manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141 200 000 manat vəsait proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti