...

Gələn il aztəminatlı ailələrin sosial müdafiəsi üçün 2,7 milyard manatdan çox vəsait xərclənəcək

Cəmiyyət Materials 4 Noyabr 2025 11:08 (UTC +04:00)
Gələn il aztəminatlı ailələrin sosial müdafiəsi üçün 2,7 milyard manatdan çox vəsait xərclənəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2 750 900 000 manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 150 700 000 manat və ya 5,8 % çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti