...

Növbəti il dövlət büdcəsinin 41,1 %-i sosialyönlü xərclərə ayrılacaq (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2025 11:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri) üçün dövlət büdcəsi xərclərinin 41,1 %-i və ya 17 145 500 000 manat məbləğində vəsait proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 213 400 000 manat və ya 1,3 %, 2024-cü ilin icrası ilə müqayisədə isə 2 492 800 000 manat və ya 17,0 % çoxdur.

2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,0 faiz-bənd, mütləq ifadədə isə 5 568 400 000 manat və ya 48,1 % artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti