...

Vətəndaşların güzəştli şərtlərlə mənzil ala bilməsi üçün 100 milyon manat xərclənəcək

Cəmiyyət Materials 4 Noyabr 2025 11:12 (UTC +04:00)
Vətəndaşların güzəştli şərtlərlə mənzil ala bilməsi üçün 100 milyon manat xərclənəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması və sahibkarlar tərəfindən banklardan manatla alınmış (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün cəm olaraq nəzərdə tutulmuş 100 000 000 manat məbləğində vəsait Azərbaycan əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti