Bakı. Trend:
İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə növbəti il üçün 33 800 000 manat məbləğində subsidiya nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün 334 500 000 manat məbləğində vəsait nəzərdə tutulur.
                            