Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərinin 2 126 800 000 manatı büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif növ əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.
                            