...

Növbəti ildə Neft Emalı Zavodunun yenidənqurulmasına xərclənəcək vəsaitin miqdarı məlum olub

Cəmiyyət Materials 4 Noyabr 2025 11:11 (UTC +04:00)
Növbəti ildə Neft Emalı Zavodunun yenidənqurulmasına xərclənəcək vəsaitin miqdarı məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərindən Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərinin 2 126 800 000 manatı büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif növ əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti