Bakı.Trend:
Hazırda Uşaq strategiyasının 2026–2030-cu illər üçün ikinci fəaliyyət planı üzərində də iş gedir.
Trend xəbər verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, artıq gender bərabərliyinin qorunmasına dair Fəaliyyət Planı hazırlanıb və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təqdim edilib:
“Həmin planın qəbulunu gözləyirik. Bu sənəddə bir çox vacib istiqamətlər nəzərdə tutulur. O cümlədən yeni mexanizmlərin yaradılması, qanunvericilikdə bəzi dəyişikliklərin aparılması, qadın və kişilərin bərabər imkanlara və nəticələrə çıxışının təmin edilməsi”.
Komitə sədri vurğulayıb ki, hazırda Uşaq strategiyasının 2026–2030-cu illər üçün ikinci fəaliyyət planı üzərində də iş gedir: “Burada birinci fəaliyyət planında başlanmış və nəticəsi gözlənilən işlər davam etdiriləcək”.
                            