...

Daha bir restorana “5 ulduz” sertifikatı təqdim edilib (FOTO)

Gündəm Materials 4 Noyabr 2025 16:37 (UTC +04:00)
Daha bir restorana “5 ulduz” sertifikatı təqdim edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb.

Trend xəbər verir ki, nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana “5 ulduz” sertifikatı təqdim olunub.

“Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.

Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. Müraciət daxil olduqdan sonra AQTİ tərəfindən 30 gün müddətində müəssisədə qiymətləndirmə aparılır və 10 iş günü ərzində sahibkara nəticələrlə bağlı rəsmi bildiriş təqdim olunur. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, obyektlərə 1 il müddətinə sertifikat verilir.

İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti