...

Ərdoğan İrəvana dəvət olunub - Paşinyan

Dünya xəbərləri Materials 4 Noyabr 2025 12:30 (UTC +04:00)
Ərdoğan İrəvana dəvət olunub - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi (ASB) sammitində iştirak etmək üçün İrəvana dəvət olunub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” forumunda çıxışında danışıb.

O, Ərdoğanın dəvəti qəbul edəcəyinə və sammitdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin sammiti 2026-cı ilin may ayında İrəvanda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti