...

Növbəti il idxal olunan mallara əlavə dəyər vergisi üzrə büdcəyə daxilolmalar 4 % artacaq

İqtisadiyyat Materials 4 Noyabr 2025 11:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə idxal olunan mallara əlavə dəyər vergisi üzrə büdcəyə daxilolmalar 4 750 000 000 manat məbləğində nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 182 000 000 manat və ya 4,0 %, 2024-cü ilin icrası ilə müqayisədə 140 900 000 manat və ya 3,1 % çoxdur.

Artım Azərbaycan Respublikası iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən idxal həcmlərinin artımla proqnozlaşdırılması, həmçinin fiskal siyasət çərçivəsində nəzərdə tutulan yeni tədbirlərlə əlaqədardır.

Belə ki, 2026-cı il üzrə idxalın həcmi 19 milyard ABŞ dolları səviyyəsində müəyyən edilib ki, bu da cari ilin proqnozu ilə müqayisədə 447 900 000 ABŞ dolları və ya 2,4 %, 2024-cü ilin faktiki icrası ilə müqayisədə isə 1,1 milyard ABŞ dolları və ya 6,3 % çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti