Bakı. Trend:
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Belarusa 56,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Trend Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.
Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Belarusa 34,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunmuşdu.
Qeyri-neft məhsullarının ixrac həcmində Rusiya (33,2%), Türkiyə (16,5%), İsveçrə(9,4%), Gürcüstan(9,2%), Ukrayna (5,6 %), BƏƏ (3%), Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2 %), Türkmənistan (1,9%) və başqa ölkələrə (14,6%) tədarüklər üstünlük təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycan bu və digər ölkələrə 2,649 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.
                            