...

Gələn il üzrə neft və qaz hasilatı proqnozlaşdırılıb

Energetika Materials 4 Noyabr 2025 11:00 (UTC +04:00)
Gələn il üzrə neft və qaz hasilatı proqnozlaşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Azərbaycanda neft hasilatı illik müqayisədə 2,9% azalaraq, 27,6 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ildə ölkədə əmtəəlik qaz hasilatı isə illik müqayisədə 1,6% azalaraq, 38 milyard kubmetr olacağı gözlənilir.

Bildirilib ki, baza ssenaridə təqdim olunmuş proqnozlara əsasən, ortamüddətli dövrdə (2029-cu il istisna
olmaqla) neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ÜDM-in həm nominal, həm də real
artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma
bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır. Dövrün sonunda neft-qaz sektorunda əhəmiyyətli
artım səbəbindən iqtisadi artımda da nəzərəçarpacaq sürətlənmə nəzərdə tutulur.

“Təqdim olunmuş məlumatların təhlili ortamüddətli dövrdə neft-qaz sənayesinin və neft-qaz
sektorunda ÜDM-in deflyator və real artım templərinin eyni olduğunu göstərib. Lakin ötən dövrün statistik məlumatlarında neft-qaz sənayesi üzrə qeydə alınmış artım tempi ilə müvafiq sektorda qeydə alınmış ÜDM-in artım tempi fərqlənir (məsələn, 2025-ci ilin 8 ayında neft-qaz sənayesi 2,3%, neft-qaz ÜDM-i isə 2,1% azalmışdır). Bu fərq neft-qaz sektoru üzrə ÜDM-in tərkibində müvafiq sector üzrə məhsula və idxala xalis vergilərin yer alması ilə izah edilir”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti