...

Gələn ilin dövlət büdcəsindən baytarlıq xidmətlərinin həyata keçirilməsi üçün 22,8 milyon manat vəsait yönəldiləcək

İqtisadiyyat Materials 4 Noyabr 2025 11:29 (UTC +04:00)
Gələn ilin dövlət büdcəsindən baytarlıq xidmətlərinin həyata keçirilməsi üçün 22,8 milyon manat vəsait yönəldiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin dövlət büdcəsi layihəsində baytarlıq tədbirləri üçün nəzərdə tutulmuş 41,9 milyon manat vəsaitdən baytarlıq xidmətlərinin həyata keçirilməsi üçün 22,8 milyon manat yönəldiləcəkdir.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, 41,9 milyon manat vəsaitdən vaksinlərin, dərmanların və baytarlıq ləvazimatlarının alınması və onların daşınması üçün 18,2 milyon manat, xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi üçün 0,9 milyon manat vəsait yönəldiləcəkdir.

Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması üçün 5,4 milyon manat və aqrokimyəvi analizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxum nəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsi üçün isə 8,2 milyon manat nəzərdə tutulub. .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti