...

Azad edilmiş ərazilərdəki iaşə obyetlərində qiymətləndirilmələr aparılacaq? - RƏSMİ

Cəmiyyət Materials 4 Noyabr 2025 13:11 (UTC +04:00)
Azad edilmiş ərazilərdəki iaşə obyetlərində qiymətləndirilmələr aparılacaq? - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müraciətlər olarsa, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyetlərində də qiymətləndirilmələrin aparılması nəzərdə tutulub.

Trend xəbər verir ki, bu sözləri bu gün növbəti “5 ulduz” sertifikatının təqdim olunması zamanı Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Samir Mehralıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qida Təhlükəsizliyi İnsitutuna restoranlarla bağlı 150-ə yaxın müraciət daxil olub.

"Müraciətlərdən bir çoxu artıq qiymətləndirilib. Lakin 5 ulduz 3 restoranda müəyyən olunub. Bununla bağlı da biz mütəmadi olaraq ictimaiyyətə məlumat veririk. Qiymətləndirmələr ölkəmizin 10 regionundan gələn müraciətlər əsasında aparırıq.

Paytaxtdan sonra növbədə turistlik regionlar var. Ordan gələn müraciətlər əsasında da ictimai iaşə obyetlərində də qiymətləndirilmələr aparılır. Bundan əlavə ictimai iaşə obyektləri ilə yanaşı "ulduz reytinq"i layihəsi çərçivəsində qiymətləndirmələr həmçinin otellərin də qida bölməsində aparılır. Önümüzdəki günlərdə ilk olaraq otellərdən birinə sertifikat təqdim olunacaq",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti