Bakı. Trend:
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Özbəkistana 52,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Trend Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.
Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Özbəkistana 27,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunmuşdu.
Qeyri-neft məhsullarının ixrac həcmində Rusiya (33,2%), Türkiyə (16,5%), İsveçrə(9,4%), Gürcüstan(9,2%), Ukrayna (5,6 %), BƏƏ (3%), Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2 %), Türkmənistan (1,9%) və başqa ölkələrə (14,6%) tədarüklər üstünlük təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycan bu və digər ölkələrə 2,649 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.
