...

BMT Qəzzaya humanitar yardımın artırılması üzərində iş aparır - Quterreş

Dünya xəbərləri Materials 4 Noyabr 2025 17:33 (UTC +04:00)
BMT Qəzzaya humanitar yardımın artırılması üzərində iş aparır - Quterreş
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Qəzza sektoruna humanitar yardım tədarükünün artırılması üçün fəal səylər göstərir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş bəyanat verib.

“Əvvəlcə biz humanitar yardımın tədarükünü əhəmiyyətli dərəcədə artırmaq və onun Qəzza əhalisinin hamısına çatmasını təmin etmək üçün fəal işləyirik. Bu kontekstdə qeyd etmək lazımdır ki, ABŞ İsraili tədricən bəzi maneə və çətinlikləri aradan qaldırmağa təşviq etməklə müsbət rol oynayıb, çünki bu amillər hələ də humanitar yardımın lazımi həcmdə çatdırılmasına mane olur”, – deyə Quterreş bildirib.

Quterreşin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanmış Qəzza ilə bağlı bəyannamə layihəsini müzakirə edirlər.

“Hazırda müzakirələr Təhlükəsizlik Şurası çərçivəsində aparılır və biz hesab edirik ki, Qəzza sektorunda yaradılacaq istənilən struktur Təhlükəsizlik Şurasının mandatına malik olmalıdır”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti