...

Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur - RƏY

Siyasət Materials 4 Noyabr 2025 17:12 (UTC +04:00)
Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dünya tarixində nadir hadisələrdən biridir. Müasir dövrdə Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputatın sözlərinə görə, Vətən müharibəsi və onun ardınca keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan tam suverenliyini bərpa edib:

“Bu gün Azərbaycan öz ərazisində separatizmə son qoyub, işğalçı qüvvələri tamamilə çıxarıb və ərazi bütövlüyünü bərpa edib. Bir neçə gün sonra xalqımız tarixi Zəfərin beşinci ildönümünü qeyd edəcək. Həmin gün xalqımızın qürur səhifəsidir, dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə yalnız hərbi cəhətdən deyil, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Bu, əsrlər boyu xalqımıza qarşı törədilmiş ədalətsizliklərə, işğal və vandalizmə verilmiş layiqli cavab idi”.

Afət Həsənova vurğulayıb ki, bu böyük Qələbə qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılıb:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq xalqımızın 30 illik həsrətinə son qoydu və torpaqlarımızı işğaldan azad etdi. Qalib xalq kimi bu gün biz şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”.

Deputat əlavə edib ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir:

“Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə ölkəmizin həyatında yeni, strateji mərhələ başladı. Əsas məqsəd bu torpaqlara həyatın geri qaytarılması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına layiqli şəraitdə qayıdışını təmin etməkdir. Azərbaycan dövləti bu istiqamətdə dərhal fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin sərəncamı ilə ‘İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı’ təsdiqlənib. 2026-cı ilin sonunadək proqramın birinci mərhələsinin yekunlaşması və bu mərhələdə 140 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdışı nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti