...

Azərbaycandan Yunanıstana təbii qaz tədarükünün həcmi açıqlanıb

Energetika Materials 4 Noyabr 2025 16:32 (UTC +04:00)
Azərbaycandan Yunanıstana təbii qaz tədarükünün həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Yunanıstan arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Yunanıstanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşdük. Neft-qaz və bərpa olunan enerji sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası ilə bağlı məsələlər müzakirə olundu. Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təminində oynadığı rol yüksək qiymətləndirildi. Bu ilin ilk doqquz ayında Azərbaycandan Yunanıstana 800 milyon kubmetr təbii qaz tədarük edilib", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti