Bakı.Trend:
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi baş tutub.
Trend xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə Habil Vəliyev kassasiya şikayətini geri götüməklə bağlı müraciət edib.
Müraciəti təmin edib.
Bildirək ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 8 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il endirib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
