...

Yol Polisi “20 Yanvar” dairəsində “sarı tor” nişanlama xətlərinin təşkilinə aydınlıq gətirdi

Cəmiyyət Materials 4 Noyabr 2025 16:11 (UTC +04:00)
Yol Polisi “20 Yanvar” dairəsində “sarı tor” nişanlama xətlərinin təşkilinə aydınlıq gətirdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“20 Yanvar” dairəsində Müzəffər Həsənov, Həsən bəy Zərdabi və Rövşən Cəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25 - “sarı tor” nişanlanma xətləri təşkil edilib. “Sarı tor” nişanlama xətlərinin təşkili həmin ərazidəkı sıxlığa necə təsir edəcək?

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən ərazidə yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə BŞDYPİ tərəfindən mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

“Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır. Sözügedən nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir”.

T. Nasirli vurğulayıb ki, belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti