...

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

Cəmiyyət Materials 4 Noyabr 2025 18:25 (UTC +04:00)
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda ASK-nın vitse-prezidenti Vüqar Zeynalov əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Konvensiyalarının ratifikasiyası prosesində Üçtərəfli Komissiya tərəfindən aparılan səmərəli müzakirələrin əhəmiyyətini vurğulayıb.

Komissiya tərəfindən İş planı əsasında görülmüş işlər qeyd edilib. Hazırki iclasın gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.

İclasda Nazirlər Kabineti, AHİK və ASK arasında 2026-2028-ci illər üçün bağlanacaq Baş Kollektiv Saziş layihəsi nəzərdən keçirilib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illər aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Habelə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən məqsədyönlü işlərdən, sosial sığorta sistemində həyata keçirilən islahatlardan bəhs olunub. BƏT-in müvafiq Konvensiyasına uyğun olaraq kollektiv sazişlərin tərəfləri ilə bağlı məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti