...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub (FOTO)

Mədəniyyət Materials 4 Noyabr 2025 22:27 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.

Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.

Xəbər lenti

Xəbər lenti