Bakı. Trend:
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyətində dəyişiklik olub.
Trend bu barədə Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir.
Məlumata görə, Arika Karter zədə səbəbindən yarışda iştirak edə bilməyəcək. Onu Tatyana Deniskina əvəzləyəcək.
Qeyd edək ki, Azərbaycan millisi Oyunlarda Kot d`İvuar, Səudiyyə Ərəbistanı və Türkiyə yığmaları ilə üz-üzə gələcək. Matçlar noyabrın 17-də və 18-də keçiriləcək meydançaya çıxacaq.