...

Azərbaycan futzal millisi İslamiadaya qələbə ilə başlayıb

İdman Materials 4 Noyabr 2025 19:23 (UTC +04:00)

Bakı. Trend:

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.

Trend xəbər verir ki, yığmamız A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib. Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.

Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti