Bakı. Trend:
Bitkoinin qiyməti 23 iyun 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə "Binance" ticarət platformasında bildirilib.
Bakı vaxtı ilə saat 00:18-ə olan məlumata əsasən, bitkoin 6,57 faiz ucuzlaşaraq 99,671 min dollar olub.