...

"Real"da penalti zərbələri ilə bağlı qərar qəbul edilib

İdman Materials 5 Noyabr 2025 01:08 (UTC +04:00)
"Real"da penalti zərbələri ilə bağlı qərar qəbul edilib

Bakı. Trend:

“Real”ın hücumçusu Kilian Mbappe artıq penalti zərbəsini vurmaq hüququnu komanda yoldaşlarına verməyəcək.

Trend xəbər verir ki, noyabrın 1-də Madrid klubu La Liqanın 11-ci turunda “Valensiya”nı 4:0 hesabı ilə məğlub edib. Mbappe 19-cu dəqiqədə penalti zərbəsindən hesabı açıb. 42-ci dəqiqədə “kral klubu” hesab 2:0 olarkən daha bir penalti qazanıb. Fransalı futbolçu bu dəfə zərbə hüququnu Vinisius Juniora verib, lakin braziliyalı topu qapıdan keçirə bilməyib.

"The Athletic"in məşqçi heyətindəki mənbələrə istinadən yazdığına görə, komandanın əsas penalti icraçısı təyin olunan Mbappe bundan sonra bu hüququ başqasına verməyəcək. İstisna hallar yalnız komanda böyük hesabla öndə olduqda mümkündür.

Xəbər lenti

Xəbər lenti