Bakı. Trend:
İtaliya Silahlı Qüvvələrində islahatlar aparmalı və şəxsi heyətin sayı artırılmalıdır.
Trend xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.
“Silahlı Qüvvələrdə şəxsi heyətin sayını 170 min olaraq müəyyən edən qanunu ləğv etməliyik. Eyni zamanda, şəxsi heyət artırılmalı və onun qorunması üçün zəmanətlər olmalıdır. Tələblər haqqında danışmağa başlamalıyıq - silahlı qüvvələr səmərəli olmalıdır. Həmçinin islahatların aparılması lazımdır”, - deyə nazir qeyd edib