...

Rusiyada nüvə enerjisi ilə işləyən yeni nəsil qanadlı raketlərin istehsalına start verilib

Dünya xəbərləri Materials 5 Noyabr 2025 00:34 (UTC +04:00)
Rusiyada nüvə enerjisi ilə işləyən yeni nəsil qanadlı raketlərin istehsalına start verilib

Bakı. Trend:

Rusiyada nüvə enerjisi ilə işləyən yeni nəsil qanadlı raketlərin istehsalına start verilib.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Burevestnik” və “Poseidon” raketlərini yaradan mütəxəssislərin təltifolunma mərasimində çıxışı zamanı məlumat verib.

Dövlət başçısı “Burevestnik” raketinin yüksək gücə malik, ultrakiçik nüvə reaktorları ilə təchiz olunduğunu qeyd edib.

“Bu tip enerji qurğularının bazasında artıq yeni silahlar hazırlanır. Bununla yanaşı, növbəti nəsil nüvə enerjisi ilə işləyən qanadlı raketlərin yaradılmasına başlanılıb. Onların sürəti səs sürətindən üç dəfədən çox olacaq və gələcəkdə hipersəs texnologiyasına sahib olacaqlar”, – deyə Putin bildirib.

Xəbər lenti

Xəbər lenti