Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına “sınaq müddəti” ilə qəbul olunması ideyasını tənqid edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Əgər biz Aİ üzvlüyündən danışırıqsa, bu, tamhüquqlu olmalıdır. Məncə, çox vacibdir ki, bir masada bərabər ölkələr otursun. Əsas odur ki, onlar oxşar dəyərləri paylaşsınlar”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, “sınaq müddəti” təklifi yeni üzv ölkələrin bir neçə il ərzində veto hüququndan məhrum edilməsi və “demokratik prinsiplərdən uzaqlaşma” halında Aİ-dən çıxarıla bilməsini nəzərdə tutur.