Bakı. Trend:
İsveç 10-14 noyabr tarixlərində NATO çərçivəsində Baltik dənizdə sualtı qayıqlarla mübarizə üzrə hərbi təlimlər keçirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın silahlı qüvvələrinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanata əsasən, manevrlər 2026-ci ilin payızından etibarən mütəmadi xarakter alacaq. “Müharibə oyunları” çərçivəsində isveçli hərbçilər potensal sualtı qayıq təhdidlərinin zərərsizləşdirilməsi sahəsində öz bilgilərini alyans ölkələrindən olan həmkarları ilə bölüşəcəklər.
KİV yazır ki, qeyri-bərabər, qayalı dəniz dibi və dəyişkən duzluluğa malik duzlu su səbəbindən İsveçin dəniz dibi “sualtı qayıqlar üçün ideal sığınacaq” sayılır.
