...

Növbəti ildə elm xərclərinə ayrılacaq vəsait məlum oldu

Cəmiyyət Materials 4 Noyabr 2025 11:26 (UTC +04:00)
Növbəti ildə elm xərclərinə ayrılacaq vəsait məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il dövlət büdcəsinin layihəsində elm xərcləri üçün 229,0 milyon manat vəsait proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, 2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclər 61,2 milyon manat və ya 36,5 faiz artıb.

Elm xərcləri üçün ayrılmış vəsaitin 206,6 milyon manatını və ya 90,2 faizini fundamental elm xərcləri, 22,4 milyon manatını və ya 9,8 faizini ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti