Bakı. Trend:
Qarabağ Universitetinin fəaliyyətinin 2026- cı ildə təmin edilməsi məqsədilə 39,0 milyon manat vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, eyni zamanda, Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb - 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.