...

Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutulublar

Hadisə Materials 4 Noyabr 2025 17:29 (UTC +04:00)
Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutulublar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar. Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.

Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti