...

Nəsimidə dələduzluq edən şəxs saxlanılıb

Hadisə Materials 4 Noyabr 2025 12:35 (UTC +04:00)
Nəsimidə dələduzluq edən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti