Bakı. Trend:
ABŞ-nin məşhur qəhvə şəbəkəsi "Starbucks", Çindəki fəaliyyətinin nəzarət hissəsini "Boyu Capital" investisiya şirkətinə satmaq barədə razılığa gəlib. R
Trend xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmanın dəyəri təxminən 4 milyard dollar təşkil edir.
Məlumata görə, bu addım "Starbucks"ın Asiya bazarında, xüsusən də Çində daha sürətli böyüməsini təmin etməyə yönəlib. Şirkət bundan sonra Çin bazarında yerli tərəfdaşla birgə fəaliyyət göstərərək genişlənməyə və yeni filiallar açmağa davam edəcək.
Yeni sazişin 2025-ci ilin sonuna qədər yekunlaşdırılması gözlənilir.