Bakı. Trend:
Azərbaycan və Fransa diplomatları arasında müzakirələr aparılıb.
Trend xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X" hesabında yazıb.
"Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertran Buşvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokföy ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmək üçün Bakıya səfər ediblər.
Onlar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüblər. Bu görüş, Prezident İlham Əliyev və Emmanuel Makron arasında keçirilən son görüşlərin ardınca, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində çox müsbət addım olub", - deyə səfir qeyd edib.
