Bakı. Trend:
Növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 31 800 000 manat, gənclər siyasəti xərcləri üzrə 18 300 000 manat vəsait proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, o cümlədən növbəti ildə ümumilikdə 73 olimpiya idman kompleksinin və digər idman obyektlərinin xərclərinin ödənilməsi üçün 11 000 000 manat, 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılması üçün 5 600 000 manat, xüsusi olimpiya və paralimpiya təqaüdünün müəyyən olunması ilə bağlı 700 000 manat vəsait proqnozlaşdırılır.
                            