Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.
Bu barədə Trend-ə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə ödənişli xidmətlərin dəyəri 9 faiz artaraq, 5 milyard 585,8 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 189,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 92,9 faizini təşkil edib.