Bakı. Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Sirvan sərhəd bölgəsində İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) məxsus avtojir qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bununla əlaqədar SEPAH məlumat yayıb.
Avtojir İranın cənub-şərqində əməliyyat keçirərkən qəzaya uğrayıb. Nəticədə briqada generalı Həmid Mazandarani və pilot Hamid Cəndəqi ölüb.
Qeyd edək ki, avtojir fırlanan qanadlı və ya pərli aviavasitədir. Bu aviavasitə helikopterlərin ilk versiyaları hesab olunur.