...

ABŞ-də prezident seçkilərində 78 milyondan çox ölkə vətəndaşı erkən səs verib

Dünya xəbərləri Materials 4 Noyabr 2024 07:46 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.

Trend-in məlumatına görə, bu barədə Florida ştatı Universitetinin məlumatında bildirilib.

Məlumata əsasən, 42,6 milyondan çox insan seçki məntəqələrinə şəxsən baş çəkib, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.

ABŞ-də qeydə alınan seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.

Qeyd edək ki, ABŞ-də növbəti ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti