...

Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 4 Noyabr 2024 12:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,8 milyard manat təşkil edib.

Bu barədə Trend-ə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 21,4 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,6 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2024-cü il vəziyyətinə 494,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti