Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7,8 milyard dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə 842 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 9 milyard 426 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.