Bakı. Trend:
Pakistanın Pencap əyalətinin Lahor şəhərində hava çirkliliyi ən yüksək səviyyəyə çatıb.
Trend-in məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.
Məlumata əsasən, bu səbəbdən məktəblərdə təhsil bir həftəlik dayandırılacaq.
Hava Keyfiyyəti İndeksi göstəricilərinə əsasən havanın çirkliliyi normadan 40 dəfə artıq olub.