Bakı. Trend:
Türkiyədə İstehlakçı Qiymət İndeksi oktyabrda aylıq müqayisədə 2,88 faiz artıb, illik müqayisədə isə 48,58 faizə enib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
“Cari ilin oktyabr ayında illik inflyasiya 48.58 faiz təşkil edib. Sentyabr ayında bu rəqəm 49.38 faiz təşkil etmişdi. Oktyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.88 faiz, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 39.77 faiz artıb. On iki aylıq ortalama isə 62,02 faiz təşkil edib”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.