Bakı. Trend:
İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı 6 nəfər həyatını itirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, gecə saatlarında baş verən “Levotobi-Laki-Laki” vulkanının püskürməsi zamanı 2 min metr hündürlüyə qədər qatı, qəhvəyi kül qalxıb. Tüstü və kül yaxınlıqdakı kəndi əhatə edib, nəticədə bir neçə ev və katolik rahibələrinin monastırı yanıb.
İlkin məlumatlara görə, 6 nəfər həlak olub, amma zərərçəkənlərin dəqiq sayı isə hələlik məlum deyil.
Qeyd edilib ki, binaların qalıqları altında insanların olması ehtimal edilir.