Bakı. Trend:
Almaniya bu il Ümumi Daxili Məhsulun (ÜDM) 2%-ni müdafiəyə xərcləyəcək.
Trend xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Berlində NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.
"Son 7 il ərzində biz müdafiə xərclərimizi iki dəfə artırdıq. Bu il ilk dəfə olaraq ÜDM-nin 2%-ni müdafiəyə sərf edirik və biz növbəti illərdə də bu yolu qətiyyətlə davam edəcəyik”, - deyə Şolts bildirib.